"Uzak Şehir"in məşhur aktrisası paraşütlə həyəcan yaşatdı

Hazırda oxunan: "Uzak Şehir"in məşhur aktrisası paraşütlə həyəcan yaşatdı

632732

Populyar "Uzak Şehir" serialının sərt və avtoritar Sadakat obrazını canlandıran 60 yaşlı aktrisa Gonca Çilasun bu dəfə rolundan çox fərqli bir görünüşü ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, Çəkilişdən əvvəl təyyarədən paraşütlə tullanan Çilasun, bu adrenalin dolu anlarda geyimindəki Türk bayrağı detalı ilə yadda qalıb. 
 

Çəkiliş meydançasına qayıtmazdan əvvəl aktrisa təlimatçının müşayiəti ilə təyyarədən tullanıb. Aktrisa ekrandakı obrazının əksinə olaraq macəraçı ruhu ilə diqqət çəkib.


Uğurlu aktrisa yeni mövsümün çəkilişlərinə başlamazdan bir az əvvəl adrenalin dolu anlar yaşamaq istədiyini bildirib. O, yüksəklik qorxusuna baxmayaraq, qorxularını dəf etmək istəyi ilə bu addımı atıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin