Xırdalanda maşın yandı - VİDEO

Hazırda oxunan: Xırdalanda maşın yandı - VİDEO

632728

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hyundai” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin