Evini yandırmazdan öncə balta ilə mətbəxi DAĞITDI - VİDEO

Hazırda oxunan: Evini yandırmazdan öncə balta ilə mətbəxi DAĞITDI - VİDEO

632733

Ötən gecə Xətai rayonu Məhəmməd Hadi küçəsində - “Həzi Aslanov” metrostansiyasının yaxınlığındakı yaşayış binalarının birində baş verən yanğının qəsdən törədilməsi məlum olub.

Bizim.Media “Qafqazinfo”-ya istinadən xəbər verir ki, yanğın hadisəsini qəsdən törətməkdə şübhəli bilinən 47 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi məlum olub. Onun xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilməsi təmin edilib.
 

Qeyd edək ki, yanğından əvvəl həmin mənzildə orta yaşlı kişinin əlində balta ilə mətbəxdə dağıntılar törətməsi, əsəbi şəkildə hərəkətlər etməsi qonşular tərəfindən lentə alınıb.


Həmin görüntülər sosial şəbəkədə yayılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin