Baş katib: “Ümid edirəm ki, dünya miqyasında ortaq nəticəyə nail olacağıq” – VİDEO

Hazırda oxunan: Baş katib: “Ümid edirəm ki, dünya miqyasında ortaq nəticəyə nail olacağıq” – VİDEO

613702

“Həm tədbirin keçirildiyi məkan, həm də nazirlərin görüşündə müzakirə olunan mövzular çox maraqlı idi”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Asiya Mənzil Hüquqları Koalisiyasının baş katibi Somsook Boonyabancha deyib.

“Mən ümid edirəm ki, iştirakçılar buradan yeni bir enerji, yeni bir anlayışla ayrılacaq. Bu məsələni daha da irəli aparmaq üçün...
 

İnsanlar üçün, yoxsul insanların necə ev sahibi olması, yaşamaq üçün təhlükəsiz yerlərin təmin edilməsi və hava şəraiti kimi iqlim dəyişiklikləri ilə daha yaxşı mübarizə apara bilmək üçün...


Ümidvaram ki, biz elə bir inama və dünya miqyasında ortaq bir nəticəyə nail olarıq ki, hər şey daha yaxşıya doğru dəyişə bilsin. Beləcə, insanlarımız təhlükəsiz mənzil şəraitinə, güclü icmaya, daha yaxşı şəhərə sahib olar və iqlim dəyişikliklərini daha yaxşı idarə etmək imkanı qazanarıq”, - deyə baş katib əlavə edib.


Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin