Yalçın Rəfiyev: “WUF13 ölkə başçılarının iştirak sayına görə ən yüksək səviyyəli WUF-dur”

Hazırda oxunan: Yalçın Rəfiyev: “WUF13 ölkə başçılarının iştirak sayına görə ən yüksək səviyyəli WUF-dur”

613681

“Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) hazırkı məqamda Bakıda keçirilməsi bizim azad olunmuş ərazilərdə aparılan müasir, iqlimə davamlı, dayanıqlı infrastrukturu olan şəhərlərimizin dünyaya təbliği üçün bir imkan, vasitə olması baxımından daha böyük əhəmiyyət daşıyır. Bununla Azərbaycan bu ərazilərini qısa müddətdə necə yenidən qurduğunu və yalnız dövlətimizin öz imkanları hesabına əldə olunan bu irəliləyişləri dünya ictimaiyyətinə nümayiş etdirmiş olur”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.

Nazir müavini bildirib ki, ölkə başçılarının iştirak sayına görə WUF 13 ən yüksək səviyyəli WUF hesab olunur:

"180-ə yaxın ölkədən iştirakçılar var. WUF13 iştirak səviyyəsi baxımından ölkə başçısı sayına görə ən yüksək səviyyəli, həmçinin, qeydiyyatdan keçən iştirakçı sayına görə də ən yüksək rəqəmli WUF hesab olunur".

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin