Azərbaycanda keçiriləcək XIII Ümumdünya Şəhərsalma Forumuna (WUF13) sayılı günlər qalıb.
Heç şübhəsiz ki, Bakının ev sahibliyi ilə təşkil edilən tədbirə beynəlxalq miqyasda maraq böyükdür. Ümumilikdə, 32 mindən çox iştirakçının Foruma qatılması gözlənilir. WUF13 üçün 180-dən çox ölkə qeydiyyatdan keçib. Tədbiri işıqlandıracaq jurnalistlərin sayı isə 1200-dən çoxdur.
Bəs tədbirdə hansı qərarların qəbul edilməsi gözlənilir? Əsas müzakirə mövzuları nələr olacaq?
Mövzu ilə bağlı Bizim.Media-nın suallarını Fransanın keçmiş dövlət katibi və sabiq ətraf mühit naziri, BMT-nin Davamlı İnkişaf Konfransının icraçı koordinatoru Bris Lalonde cavablandırıb.
Sözügedən müsahibəni təqdim edirik:
- Cənab Lalonde, WUF13 niyə dünya üçün bu qədər önəmlidir?
- Əsas məsələ mənzil problemidir. Dünyada çox sayda insanın nəinki uyğun yaşayış yeri, hətta sığınacağı belə yoxdur. Elektrik, su və sanitariya kimi əsas xidmətlərə çıxışı olan yaşayış məkanları milyonlarla insan üçün əlçatmazdır. Dünyada hər həftə təxminən 3 milyon insan şəhərlərə köç edir və yaşayış yeri axtarır.
Bu gün şəhərlər o qədər böyüyüb ki, dünya əhalisinin yarısını özündə cəmləşdirir. Bu böyük urbanizasiya zonalarının ətrafında isə sakinlərin lazımi yaşayış şəraiti, səhiyyə, təhsil və nəqliyyat imkanlarından məhrum olduğu iri gecəqondu əraziləri formalaşıb. Əsas mövzu budur: Dünya dəyişən iqlim şəraitində hamı üçün əlçatan mənzilləri olan yaşana bilən şəhərlər qurmağın yolunu tapa biləcəkmi?
- Azərbaycanın işğaldan azad edilmiş ərazilərində şəhərlər, kəndlər yenidən qurulur. Azərbaycanın bu təcrübəsi dünya üçün nümunə ola bilərmi?
- Dünyanın bir çox bölgəsi müharibələrdən əziyyət çəkir və bu münaqişələr dayandırılmalıdır. Bundan sonra isə postmünaqişə dövrü başlayır: yaraların sağaldılması, bərpa və yenidənqurma işləri. WUF13 çərçivəsində postmünaqişə dönəmində mənzil məsələlərinə həsr olunmuş sessiya keçiriləcək. Şübhəsiz ki, Azərbaycanın bu sahədəki təcrübəsinin paylaşılması faydalı olacaq.
- Bakıda keçiriləcək görüşə hazırlıq demək olar ki, yekunlaşıb. Siz bu prosesi necə qiymətləndirirsiniz?
- Mən son vaxtlar Bakıda olmamışam. Lakin COP29-u xatırlayıram. Həmin konfrans olduqca yüksək səviyyədə təşkil olunmuşdu. Buna görə də əminəm ki, WUF13 də uğurlu tədbir olacaq.
Tehran Orucoğlu, Bizim.Media

- A-
- A
- A+
Siyasət
17:10 / 15.05.2026
Fransanın keçmiş dövlət katibi: “WUF13 də COP29 kimi uğurlu tədbir olacaq” – ÖZƏL MÜSAHİBƏ
Hazırda oxunan: Fransanın keçmiş dövlət katibi: “WUF13 də COP29 kimi uğurlu tədbir olacaq” – ÖZƏL MÜSAHİBƏ
Hazırda oxunan: Fransanın keçmiş dövlət katibi: “WUF13 də COP29 kimi uğurlu tədbir olacaq” – ÖZƏL MÜSAHİBƏ
613326
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































