Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronun Türkiyəyə keçidinə İCAZƏ VERMƏDİ

Hazırda oxunan: Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronun Türkiyəyə keçidinə İCAZƏ VERMƏDİ

611578

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Bakı ilə danışıqlardan sonra Fransa Prezidenti Emmanuel Makronun Ermənistandan Türkiyəyə quru sərhədi ilə keçməsinə icazə verməyib.

Bizim.Media xəbər verir ki, bu barədə “Azfront” teleqram kanalı məlumat yayıb.
 

Məlumata görə, Makron 3–5 may tarixlərində İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirak edib və səfər çərçivəsində simvolik addım ataraq Ermənistan-Türkiyə qapalı quru sərhədindən keçməyi planlaşdırıb. Bu addımın onun Türkiyəyə səfərinin bir hissəsi kimi nəzərdə tutulduğu bildirilir.


Səfər əvvəlcədən Türkiyə tərəfinin bəzi nümayəndələri ilə razılaşdırılsa da, məsələ dövlət başçısı səviyyəsində müzakirəyə çıxarıldıqdan sonra qərar dəyişib.

Bir neçə məlumatlı mənbənin bildirdiyinə görə, Türkiyə Prezidenti bu məsələni strateji müttəfiq olan Azərbaycanla məsləhətləşmələrdən sonra rədd edib.

Qeyd edək ki, Ermənistan–Türkiyə quru sərhədi 30 ildən artıqdır bağlıdır və Fransa Prezidentinin bu sərhəddən keçidi presedent xarakterli hadisə ola bilərdi. Makron bu addımla beynəlxalq arenada diplomatik çəkisini nümayiş etdirməyə çalışıb.
 

Çünki Fransanın xarici siyasətinin son dövrlərdəki nəticələri də müzakirə mövzusudur. Bəzi ekspertlər Parisin Afrika və Yaxın Şərqdə mövqelərinin zəiflədiyini, eləcə də digər istiqamətlərdə gözlənilən nəticələrin əldə olunmadığını vurğulayırlar. 


Digər tərəfdən, Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç tərəfindən səsləndirilən fikirlər də diqqət çəkib. O, İrəvan şəhərində özünü “evində kimi hiss etdiyini” bildirib və erməni həmkarı Ruben Rubinyan ilə danışıqlarda təkliflərini “Türkiyənin deyil, ermənilərin maraqları əsasında” irəli sürdüyünü qeyd edib.

Bu açıqlamalar rəsmi Ankaranın mövqeyi ilə ziddiyyət təşkil edir və Türkiyənin milli maraqlardan kənara çıxma kimi qiymətləndirilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin