Hazırda mühacirətdə yaşayan polkovnik, Müdafiə Nazirinin keçmiş müavini İsa Sadıqov AXCP-yə üzv olmaq üçün müraciət edib. Moderator.az Avropa.info-ya istinadən xəbər verir ki, polkovnik bu gün rəsmən AXCP-yə üzv olmaq istəyini açıqlayıb.İsa Nazar oglu Sadıqov 24 iyun 1958 ildə Gürcüstan Respublikasında anadan olub. İsa Sadıqov 1993-1995-ci illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirinin müavini vəzifəsində çalışıb.
1995-ci ildə istefa verib ordu siralarını tərk edib.
2001-ci ildən Norveçin Oslo şəhərində yaşayır. Evlidir, iki oğlu var.


































































































