"Sevgi tapmaq pul qazanmaqdan çətindir"

Hazırda oxunan: "Sevgi tapmaq pul qazanmaqdan çətindir"

640732

Azərbaycanlı bloger Hüseyn Həsənov sevgili tapa bilmədiyini etiraf edib.

Bizim.Media xəbər verir ki, o, sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb.

Hüseynə “Sənin üçün nə daha vacibdir: pul, yoxsa sevgi?” sualı ünvanlanıb.

“Sevgi. Pul qazanmağı artıq bacarıram. Amma öz insanımı tapmaq daha çətin məsələ imiş” - deyə bloger bildirib.

Hüseynə “Sadə bir qızla ciddi münasibət qura bilərsən?” sualına isə “Əlbəttə. Mənim üçün qızın neçə izləyicisinin olması, nə işlə məşğul olması və nə qədər tanınması ümumiyyətlə vacib deyil.

Mənim üçün əsas onun xarakteri, öz fikrinin olması, onunla maraqlı vaxt keçirməyim və yanında daha yaxşı biri olmaq istəməyimdir. Beləliklə, bəli. Hətta çoxdan istəyirəm” cavabını verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin