Ağ Evin keçmiş mətbuat katibi Karolin Levit yeni işə başlayır.
Bizim.Media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın keçmiş köməkçisi noyabrın 1-də "Fox News" komandasına qoşulacaq.
27 yaşında Ağ Ev tarixində ən gənc mətbuat katibi olmuş Levit xəbərlər və siyasətlə bağlı şərhlər verəcək.
Xatırladaq ki, Levit iki azyaşlı övladı ilə daha çox vaxt keçirmək istəyi səbəbindən avqust ayında vəzifəsindən ayrılmışdı. Lakin onun işdənkənar fasiləsi qısa çəkdi. Bu vəzifədən əvvəl o, Trampın birinci administrasiyasında çalışmış və onun 2024-cü il prezidentlik kampaniyasında mətbuat katibi kimi fəaliyyət göstərmişdi.
Levit Ağ Evin mətbuat korpusu müxbirləri ilə gərgin münasibətləri ilə tanınırdı. O qədər çox mübahisəli bəyanat səsləndirib ki, Trampın ona verdiyi "Pulemyot dodaqlar" (Machine Gun Lips) kimi səmimi ləqəb tamamilə yerinə düşmüş sayıla bilər.
Yeri gəlmişkən, Levit Tramp administrasiyasının "Fox News"a keçən ikinci mətbuat katibi olacaq. Keyli Makenani də 2021-ci ildə eyni yolu tutmuşdu.
"Fox News" Respublikaçılar Partiyasının və xüsusilə Donald Trampın tərəfdarları üçün əsas media orqanı hesab olunur. 2023-cü ilə qədər Taker Karlson bu düşərgənin telekanaldakı ən tanınmış simalarından biri idi, lakin "Fox"dan ayrıldıqdan sonra onun prezidentlə bağlı ritorikası xeyli dərəcədə tənqidi xarakter aldı. Levitin də oxşar yolu izləyib-izləməyəcəyini görmək maraqlı olacaq.









Bizim.Media



































































































