Yeni genişmiqyaslı araşdırmaya görə, qadınlar həyatları boyu kişilərdən daha güclü ağrı hiss edirlər. Araşdırmada 118 ölkədən 6 milyondan çox insanın məlumatları təhlil edilib.
Bizim.Media xəbər verir ki, araşdırma nəticələrinə əsasən, qadınlar baş, üz, boyun, bel, qarın, bud və dizlər də daxil olmaqla, öyrənilən 11 bədən nahiyəsinin hamısında kişilərdən daha çox ağrı hiss edirlər.
Qadınlar kişilərlə müqayisədə üz ağrısını 83%, baş ağrısını 74%, mədə və qarın ağrısını isə 60% daha çox bildiriblər.
Alimlər qeyd ediblər ki, güclü ağrı təxminən 50 yaşda pik həddə çatır, bütün bədənə yayılan ağrı isə daha çox 70 yaş ətrafında müşahidə olunur. Boyun, çiyin və dirsək ağrıları əsasən orta yaşlarda, bel, bud və dizlərdə ağrı isə yaş artdıqca daha çox müşahidə edilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:53 / 06.10.2026
Alimlər: Qadınlar kişilərdən daha çox ağrı hiss edirlər
Hazırda oxunan: Alimlər: Qadınlar kişilərdən daha çox ağrı hiss edirlər
Hazırda oxunan: Alimlər: Qadınlar kişilərdən daha çox ağrı hiss edirlər
640738
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































