Argentina millisinin sabiq futbolçusu Anhel Di Mariya Lionel Messinin milli komandada karyerasını başa vurması ilə bağlı fikirlərini bölüşüb.
Bizim.Media xəbər verir ki, argentinalı yarımmüdafiəçi "The Touchline"a açıqlamasında keçmiş komanda yoldaşına təşəkkür edib.
“Heç kimin gözləmədiyi gün rəsmi olaraq gəlib çatdı. Artıq “Messi, sağ ol” deməyin vaxtıdır. Amma bu gün onun paylaşdığı fotoları və videoları gördüm. Onu belə xoşbəxt və rahat görmək, əlində olan hər şeyi verdiyini bilmək bizi də sevindirir. Şübhəsiz ki, bu, hər kəs üçün xüsusi gün olacaq. Hər şey üçün təşəkkürlər, Leo. Ömrümüzün sonuna qədər sənə minnətdar olacağıq” – deyə Di Mariya bildirib.
Qeyd edək ki, Argentina millisinin Beninlə keçirəcəyi qarşılaşma Messinin milli komandanın formasında son oyunu olacaq.
Oyun Buenos-Ayresdəki “Monumental Antonio Vespucio Liberti” stadionunda keçiriləcək və Bakı vaxtı ilə bu gecə saat 03:00-da başlayacaq.
Bizim.Media


































































































