Türkiyə Hərbi Hava Qüvvələri yeni Eskadrilya yaratdı - F-16 ilə ilk uçuş – FOTO

Hazırda oxunan: Türkiyə Hərbi Hava Qüvvələri yeni Eskadrilya yaratdı - F-16 ilə ilk uçuş – FOTO

640733

Türkiyə Hərbi Hava Qüvvələrinin yeni yaradılmış 403-cü Sınaq Eskadrilyası Ankaradakı Mürted aviabazasında F-16 qırıcısı ilə ilk uçuşunu həyata keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Eskadrilya 2025-ci ildə yaradılmış Hava və Kosmik Gücün İnkişafı Mərkəzi Komandanlığının tərkibində fəaliyyət göstərir.

 

403-cü Sınaq Eskadrilyası Türkiyənin milli döyüş təyyarəsi KAAN və təlim-döyüş təyyarəsi Hürjetin hazırlanması və sertifikatlaşdırılması üzrə uçuş sınaqlarında iştirak edəcək. Eskadrilya Türkiyə Aerokosmik Sənayesi (TAI) ilə birlikdə təyyarələrin uçuş göstəricilərinin, təhlükəsizliyinin və əməliyyat imkanlarının yoxlanılmasında iştirak edəcək.

 

Türkiyə Hərbi Hava Qüvvələrinin təxminən 240 F-16 və 20 F-4 təyyarəsi var.

Türkiyə 2030-cu illərdən etibarən F-16-ları əvəz etməsi nəzərdə tutulan beşinci nəsil KAAN qırıcılarının alınması üçün müqavilə imzalayıb.

TAI-nin baş direktoru Mehmet Dəmiroğlu P1 prototipinin ilk uçuşunun bu ilin sonuna qədər həyata keçirilə biləcəyini bildirib.

Hürjet təyyarələrinin Türkiyə Hərbi Hava Qüvvələrinə ilk tədarükünün 2027-ci ilin sonunda, İspaniyaya tədarükünün isə 2028-ci ilin sonunda başlanması planlaşdırılır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin