Kvebek separatçıları seçkidə qalib gəldi: Əyalət Kanadadan ayrılacaq? – FOTO

Hazırda oxunan: Kvebek separatçıları seçkidə qalib gəldi: Əyalət Kanadadan ayrılacaq? – FOTO

640692

Kanadanın Kvebek əyalətində separatçı Kvebek Partiyası (PQ) əyalət seçkilərində qalib gəlib.

Bizim.Media xəbər verir ki, partiyanın lideri Pol Sent-Pyer Plamondon Kvebekin Kanadadan ayrılması ilə bağlı referendumun ABŞ Prezidenti Donald Tramp vəzifədən getdikdən sonra keçiriləcəyini bildirib.
 

Lakin PQ parlamentdə çoxluğu əldə edə bilməyib. 49 yaşlı Plamondon Kvebekin növbəti baş naziri olacaq. O, referendumun Kvebek xalqına ölkənin gələcəyini müəyyənləşdirmək imkanı verəcəyini deyib.


Separatçıların qələbəsi Kanadada milli birlik çağırışları fonunda ölkənin siyasi mənzərəsini dəyişdirir.

Alberta əyalətində isə iki həftə sonra ölkədən ayrılma prosesinin başlanması ilə bağlı səsvermə keçiriləcək.

Sorğular Kvebek sakinlərinin təxminən 30 faizinin müstəqilliyi dəstəklədiyini göstərir. Liberallar və Mühafizəkarlar isə müstəqillik referendumunu heç vaxt dəstəkləməyəcəklərini açıqlayıblar.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin