Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Hazırda oxunan: Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

640723

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır.

Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri “Circulation Research” (CR) jurnalında dərc olunub.

Tədqiqatçılar beynin tənəffüsü idarə edən lateral parafasial sahəsini (pFL) araşdırıblar.

Normalda bu zona fiziki gərginlik, öskürək və ya gülüş zamanı tənəffüs prosesini tənzimləyir. Lakin sıçovullar üzərində aparılan təcrübələr göstərib ki, hipertoniya zamanı bu sahənin neyronları qan damarlarına da birbaşa təsir göstərir.

Alimlər həmin hüceyrələri aktivləşdirdikdə simpatik sinir sisteminin işi güclənib, damarlar daralıb və təzyiq yüksəlib.

Əksinə, hipertoniyadan əziyyət çəkən siçovullarda bu sahənin fəaliyyəti bloklandıqda, təzyiq normaya düşüb.

Mütəxəssislərin fikrincə, bu kəşf yuxu apnoesi (yuxuda tənəffüsün dayanması) sindromunun nə üçün yüksək təzyiq riski yaratdığını da izah edir. Yuxuda nəfəs kəsildikdə qanda oksigen azalır, karbon qazı isə artır ki, bu da beynin həmin sahəsini fəallaşdırır.

Hazırda alimlər beynə birbaşa müdaxilə etmədən bu mexanizmə təsir göstərməyin təhlükəsiz yollarını axtarırlar. (qafqazinfo.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin