Səudiyyə Ərəbistanı nefti bu kəmər vasitəsilə İXRAC EDİR - Hörmüz boğazına ehtiyacı yoxdur

Hazırda oxunan: Səudiyyə Ərəbistanı nefti bu kəmər vasitəsilə İXRAC EDİR - Hörmüz boğazına ehtiyacı yoxdur

640725

Səudiyyə Ərəbistanı pilotsuz uçuş aparatlarının hücumlarından sonra Şərq-Qərb neft kəməri ilə xam neft nəqlini gündəlik 5,8 milyon barelə çatdıraraq bərpa edib. 

Bizim.Media xəbər verir ki, bu barədə energetika naziri şahzadə Əbdüləziz bin Salman bildirib.

Nazirin sözlərinə görə, kəmər hücumdan 5-6 gün sonra yenidən fəaliyyətə başlayıb.

Şərq-Qərb kəmərinin bərpası Hörmüz boğazından neft daşımalarında yaranan problemlər fonunda Səudiyyə Ərəbistanının ixrac marşrutları üçün xüsusi əhəmiyyət daşıyır.

Əbdüləziz bin Salman bildirib ki, Saudi Aramco-nun hazırladığı texnologiyalar və materiallar kəmərin boruların ölçüsünü və xəttin özünü genişləndirmədən daha böyük həcmdə neft nəql etməsinə imkan verib. Bunun nəticəsində mövcud ixrac gücü gündə təxminən 7 milyon barelə yüksəlib.

Təxminən 1 200 kilometr uzunluğunda olan Şərq-Qərb kəməri Səudiyyə Ərəbistanının şərqindəki Abqaiq bölgəsini Qırmızı dəniz sahilində yerləşən Yanbu limanı ilə birləşdirir. Kəmər ölkəyə nefti Hörmüz boğazından keçirmədən Qırmızı dəniz istiqamətində nəql etməyə imkan verir.

Kəmərin sentyabrın 10-11-də İraqdan həyata keçirildiyi bildirilən kamikadze dron hücumlarının hədəfinə çevrildiyi, 11 nasos stansiyasından üçünün zərər gördüyü və sistemin təxminən 11 gün fəaliyyətini dayandırdığı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin