Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq

Hazırda oxunan: Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq

640745

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən respublika üzrə 10 ədəd modul və bir ədəd konteyner tipli məktəb binalarının quraşdırılması işlərinin satın alınması ilə bağlı tender elan edilib.

Bizim.Media xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 6 milyon 183 min manat təşkil edir.

Satınalma çərçivəsində respublikanın müxtəlif ərazilərində modul və konteyner tipli məktəb binalarının quraşdırılması ilə bağlı tikinti işlərinin görülməsi nəzərdə tutulub.

 

Tender sənədlərində göstərilən işlər arasında Ağsu rayonunun M.Musayev adına İlxiçi kənd tam orta məktəbinin ərazisində 90 şagird yerlik modul məktəb binasının quraşdırılması ilə bağlı işlər də yer alıb.


Həmin ərazidə görüləcək işlərə 1 118 kubmetr qruntun qazılması, 47 kubmetr xəndəklərin qazılması, 284 kubmetr qruntun yerinin dəyişdirilməsi, 25 kubmetr xəndək, çala və çuxurların əl ilə doldurulması, 546 kubmetr qruntun xəndəklərdən kənara qazılması və 830 kubmetr qruntun pnevmatik döyəcləyicilərlə sıxlaşdırılması daxildir. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin