Oğuzda keçmiş ər-arvad bir-birini döydü

Hazırda oxunan: Oğuzda keçmiş ər-arvad bir-birini döydü

640731

Oğuzda keçmiş ər-arvad uşaq üstündə bir-birini döyüb.

Bizim.Media xəbər verir ki, hadisə Qarabulaq kəndində qeydə alınıb.

33 yaşlı Faiq Yusifovla (şərti adla) uşağı götürmək üçün onlara gələn keçmiş arvadı Məlahət (şərti adla) arasında mübahisə yaranıb.
 

Belə ki, rəsmi boşanmadan sonra cütlüyün övladı anasında qalıb. Hadisə olan gün uşaq atasının evində olduğu üçün Məlahət Faiqə zəng edərək uşağı yola çıxarmasını və gəlib götürəcəyini deyib. Lakin Faiq uşağın getmək istəmədiyini, buna görə də gəlməməsini bildirib.



Lakin Məlahət Faiqin evinə gedib və tərəflər arasında münaqişə başlayıb. Faiqin sözlərinə görə, Məlahət onu bıçaqla və qab-qacağı sındırmaqla hədələyib. Bundan sonra keçmiş ər-arvad bir-birini vuraraq, yüngül xəsarət yetiriblər.

Məlahətin sözlərinə görə isə Faiqin evinə girən kimi keçmiş əri uşağın gözü önündə onun üzünə, qoluna və başına vuraraq xəsarətlər yetirib.

Hər ikisi hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər. Nəticədə onların ikisi barəsində müvafiq maddə ilə protokol tərtib olunub.

Məhkəmədə tərəflər bir-biri ilə barışmadıqlarını və şikayətçi olduqlarını bildiriblər.

Məhkəmənin qərarı ilə onların hər biri 300 manat məbləğində inzibati qaydada cərimələniblər. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin