Sərnişin stüardessanı diz çökərək üzr istəməyə məcbur etdi – VİDEO

Hazırda oxunan: Sərnişin stüardessanı diz çökərək üzr istəməyə məcbur etdi – VİDEO

640765

Çində “China Eastern Airlines” aviaşirkətinin reysində qeyri-adi insident baş verib.

Bizim.Media xəbər verir ki, Hefeydən Dalyana uçan təyyarədə sərnişinlərə xidmət göstərən stüardessa içkilər olan araba ilə yatmış kişinin dirsəyinə təsadüfən toxunub.
 

Stüardessa dərhal üzr istəyib. Lakin sərnişin bununla kifayətlənməyərək ondan dəfələrlə üzr istəməsini tələb edib. Hadisənin şahidinin sözlərinə görə, kişi hətta stüardessanı təpikləməklə hədələyib.


Nəticədə stüardessa sərnişinin qarşısında bir neçə dəfə diz çökərək üzr istəyib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb və geniş rezonans doğurub.

Təyyarə yerə endikdən sonra kişi həkimlər tərəfindən müayinə olunub. Lakin onun bədənində hər hansı görünən xəsarət aşkarlanmayıb.

Daha sonra “China Eastern Airlines” hadisə ilə bağlı polisə müraciət edib. Aviaşirkət sərnişinin hərəkətlərinin təyyarənin göyərtəsində nizam-intizamı poza və əməkdaşın ləyaqətinə toxuna biləcəyini bildirib.

Sərnişin həmçinin aviaşirkətin qara siyahısına salınıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin