iPhone 18 Pro və iPhone 18 Pro Max modellərinin ilk sahibləri korpusun rənglənməsi ilə bağlı problem aşkar ediblər. İstifadəçilər cihazların Burgundy rənginin tədricən solduğunu və əvvəlki parlaqlığını itirdiyini bildirirlər.
Bizim.Media xəbər verir ki, Reddit-də yayılan fotolarda rəngin xüsusilə kamera obyektivlərinin ətrafında dəyişdiyi görünür.
Qara rəngli modellərdə də oxşar dəyişikliklərlə bağlı paylaşımlar var. Bu hal ötən il iPhone 17 Pro modellərində yaşanan rəng dəyişikliyini xatırladır.
İstifadəçilər problemin mümkün səbəbləri arasında günəşin ultrabənövşəyi şüalarının təsirini göstərirlər. Bəzi istifadəçilər isə qoruyucu üzlükdən istifadə etməyi təklif edirlər.
Apple hələlik məsələ ilə bağlı açıqlama verməyib. Buna görə də şirkətin rəngin solmasını istehsal qüsuru kimi qəbul edib-etməyəcəyi və zədələnmiş cihazları pulsuz dəyişdirib-dəyişdirməyəcəyi məlum deyil.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:15 / 06.10.2026
iPhone 18 Pro sahibləri ilk şikayətlərini etdilər: “Korpusun rəngi solur”
Hazırda oxunan: iPhone 18 Pro sahibləri ilk şikayətlərini etdilər: “Korpusun rəngi solur”
Hazırda oxunan: iPhone 18 Pro sahibləri ilk şikayətlərini etdilər: “Korpusun rəngi solur”
640740
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































