Bakıda avtoxuliqanlıq edən daha bir sürücü saxlanılıb.
Bizim.Media xəbər verir ki, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.
20 yaşlı Cəfər Mehdiyev (şərti adla) idarə etdiyi “Changan Qiyuan A06 Plug-in hibrid” avtomobilini qəfil yerindən sürətləndirərək hərəkətə gətirib. Nəticədə yerdə təkərin izi qalıb.Bundan əlavə, o, bir neçə dəfə təkrar kobud yol hərəkəti pozuntuları törədib.
Buna görə o, yol polisi əməkdaşları tərəfindən saxlanılaraq, barəsində protokol tərtib olunub. C. Mehdiyev ifadəsində əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini deyib.
Məhkəmənin qərarı ilə o, 1 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququ məhdudlaşdırılmaqla 500 manat inzibati qaydada cərimələnib. (Lent.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:33 / 06.10.2026
Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı
Hazırda oxunan: Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı
Hazırda oxunan: Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı
640704
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































