Cənubi Koreya Rusiyaya sanksiya tətbiq olunan tankerlərlə yanacaq göndərib - İDDİA

Hazırda oxunan: Cənubi Koreya Rusiyaya sanksiya tətbiq olunan tankerlərlə yanacaq göndərib - İDDİA

640781

Cənubi Koreyanın limanlarından iyul və avqust aylarında Rusiyaya istiqamətlənən tankerlərə yanacaq yüklənib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” liman qeydlərinə və gəmilərin hərəkətini izləmə məlumatlarına istinadən yazıb.
 

Nəşrin məlumatına görə, 7 tankerə ümumilikdə 176 min tondan çox yanacaq yüklənib və onlar Rusiyanın Uzaq Şərqinə 14 səfər həyata keçiriblər. Bu gəmilərdən 3-ü Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyaları altında olub.


Bəzi hallarda sənədlərdə təyinat məntəqəsi kimi Yaponiya və ya Sinqapur göstərilsə də, gəmilər sonradan Rusiyanın Vladivostok şəhərinə doğru hərəkət edib.

Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin (CREA) təhlilinə əsasən, Rusiya avqust ayında dəniz yolu ilə təxminən 368 min ton neft məhsulları idxal edib. Bu, iyul ayı ilə müqayisədə 7 dəfə çoxdur.

İdxalda Cənubi Koreyanın payı təxminən 112 min ton təşkil edib. Bu göstəriciyə görə Cənubi Koreya Hindistandan sonra ikinci yerdə qərarlaşıb.
 

Analitiklər hesab edirlər ki, bu cür tədarüklər Rusiyaya qarşı tətbiq olunan sanksiyaların effektivliyini zəiflədə bilər.


Bununla belə, qeyd olunur ki, sözügedən əməliyyatlar Cənubi Koreyanın qanunvericiliyini pozmur. Çünki Seulun Rusiyaya qarşı mövcud məhdudiyyətləri əsasən sənaye məhsulları, elektronika və digər malların ixracına şamil edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin