Məktəb bufetində zərərli qida satılırsa... – Direktor məsuliyyətə CƏLB OLUNACAQ?

Hazırda oxunan: Məktəb bufetində zərərli qida satılırsa... – Direktor məsuliyyətə CƏLB OLUNACAQ?

640667

Məktəb bufetlərində şagirdlərə təqdim olunan qidaların keyfiyyəti və qida təhlükəsizliyinə nəzarət məsələsi yenidən gündəmə gəlib. Xüsusilə məktəblilərin sağlamlığı üçün zərərli hesab edilən qidaların satışına qarşı nəzarətin zəif olması və bu halda məktəb rəhbərliyinin hansı məsuliyyət daşıdığı ciddi müzakirə mövzusudur.

Məsələnin hüquqi tərəfini Bizim.Media-ya şərh edən vəkil Babək Həmidov bildirib ki, təhsil müəssisələrində qida təhlükəsizliyi birbaşa kütləvi şəkildə uşaqların həyat və sağlamlığının mühafizəsi deməkdir:

Vəkil vurğulayıb ki, bufetlərdə yarana biləcək hər hansı pozuntu zamanı məsuliyyət daşıyan tərəfi müəyyən etmək üçün ilk növbədə xidmətin kim tərəfindən göstərildiyinə baxılmalıdır:

"Burada məsələni ayırd etmək lazımdır. Məktəb bufetində və ya kantində satılan qidalar təhsil müəssisəsinin öz rəhbərliyi tərəfindən təşkil edilən aşpaz və satıcılar vasitəsilə hazırlanır, yəni məktəbin özü tərəfindən satılır, yoxsa təhsil müəssisəsinin hər hansı bir keterinq (caterıng) şirkəti ilə müqaviləsi var? Birinci növbədə araşdırılmalı olan məhz bu haldır".

"Keterinq şirkəti varsa, məsuliyyət müqavilə ilə tənzimlənir"

Babək Həmidov qeyd edib ki, hüquqi məsuliyyət birbaşa müqavilənin şərtlərinə və xidmət təşkilatçısına dayanır:

"Əgər birbaşa olaraq təhsil müəssisəsinin özü tərəfindən qidalar əldə edilib, hazırlanaraq satılırsa, müəssisə rəhbərliyi buna görə birbaşa məsuliyyət daşıyır. Yox, əgər təhsil müəssisəsi hər hansı bir keterinq xidməti ilə müqavilə imzalayıbsa və qidanın hazırlanması, yaxud hazır əldə edilib satılması müqavilə əsasında həyata keçirilirsə, artıq həmin keterinq şirkəti müqavilədə göstərilən həcmdə məsuliyyət daşıyır".

Ayşəm Rüstəmli, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin