1923-cü ildə rus tacirlər Şərqi Anadoludan 10 min pişik almaq istəyib

Hazırda oxunan: 1923-cü ildə rus tacirlər Şərqi Anadoludan 10 min pişik almaq istəyib

640681

1923-cü ildə rus tacirlərin liman və taxıl anbarlarında yaranan siçovul probleminə qarşı Şərqi Anadoludan 10 min pişik almaq istədiyi ortaya çıxıb. Bu barədə 9 avqust 1923-cü il tarixli “Varlık” qəzetinin 171-ci sayında məlumat dərc olunub.

Bizim.Media xəbər verir ki, araşdırmaçı-yazar Taner Özdemirin arxiv araşdırmasına görə, pişiklərin əsasən Ərzurum, Qars və Sarıqamışdan alınması planlaşdırılıb.

Rusiyada liman və anbarlardakı siçovul probleminə qarşı 10 min pişik alınması üçün xüsusi komissiya yaradılıb.

Məlumata görə, həmin bölgənin pişiklərinin soyuğa davamlı və ovçuluq qabiliyyətlərinin güclü olması onların seçilməsinin əsas səbəblərindən biri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin