Fransada məktəblilərin təhsil sistemindəki problemlərə etiraz olaraq keçirdiyi aksiyalara müəllimlər də qoşulub.
Bizim.Media xəbər verir ki, etirazçılar Parisdə yürüş keçiriblər.
Yürüş zamanı yeniyetmələr fişənglər yandırıb, bayraqlar dalğalandırıb və hökuməti təhsil sistemindəki problemləri aradan qaldırmağa çağıran şüarlar səsləndiriblər.
Müəllimlər isə yuxarı sinif şagirdlərinin tələblərinə diqqət yetirməyə çağırıblar. Fransa KİV-lərinin məlumatına görə, yürüşdə 250 mindən çox insan iştirak edib.
Qeyd olunur ki, məktəblilərin etirazları sonradan kütləvi iğtişaşlara və yanğınlara çevrilib. Etirazların əsas səbəbləri arasında müəllim çatışmazlığı və siniflərin həddindən artıq dolu olması göstərilir.
Bizim.Media


































































































