“Ermənistan Rusiya hərbi bazasının ölkədən çıxarılması ilə bağlı məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mixail Kalugin deyib.
Onun sözlərinə görə, İrəvan nümayəndələri vəziyyəti elə təqdim etməyə çalışırlar ki, guya Rusiya hərbi bazanın gələcəkdə Ermənistanda qalması məsələsinin müzakirəsinə özü təşəbbüs göstərib.
“İrəvandakı hakim elita çox vaxt ən mühüm qərarların xarici aktorlar tərəfindən qəbul ediləcəyini gözləyir”, - deyə Kalugin bildirib.
Bizim.Media



































































































