İspaniyanın Avila əyalətində güclü yağışlar iki aydan çox davam edən meşə yanğınının külünü yuyub. Nəticədə çaylar və dərələr qara rəngə boyanıb.
Bizim.Media xəbər verir ki, bu barədə "ABC" qəzeti məlumat yayıb.
Məlumata görə, Avilada yağan son yağışlar iki aydan çox davam edən və oktyabrın 3-də nəzarətə götürülən Burqoxondo yanğınının söndürülməsinə kömək edib.
Lakin yağıntının miqdarı o qədər çox olub ki, bölgədə bir çox insanın ehtiyat etdiyi kimi, çaylar və dərələr yanğının külünü yuyaraq qaraldıb. Burqoxondodakı yanğın statistika aparılmağa başlandığı vaxtdan Kastiliya və Leonda qeydə alınan ən böyük meşə yanğını olub və 37 800 hektardan çox ərazini əhatə edib.
Avilanın beş bələdiyyəsində içməli su ilə bağlı hər hansı problemin yaranmasının qarşısını almaq məqsədilə su tədarükünə başlanılıb.
Bundan başqa, Kastiliya və Leon Mülki Müdafiə Agentliyinin məlumatına görə, leysan yağışları səbəbindən müxtəlif ərazilərdə, xüsusilə Kasavyexa, Mombeltran və El-Barrako bələdiyyələrində çayların daşması və digər insidentlər qeydə alınır.

Bizim.Media

- A-
- A
- A+
Dünya
17:42 / 06.10.2026
İspaniyada çaylar qara rəngə boyandı - Foto/Video
Hazırda oxunan: İspaniyada çaylar qara rəngə boyandı - Foto/Video
Hazırda oxunan: İspaniyada çaylar qara rəngə boyandı - Foto/Video
640737
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































