“Bitcoin”in SON qiyməti

Hazırda oxunan: “Bitcoin”in SON qiyməti

647257

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətinin qiymətində azalma qeydə alınıb. “Bitcoin” növbəti dəfə 74 min dollardan aşağı ticarət edilib.

Bizim.Media xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 0,08% azalaraq 73 699,72 ABŞ dollarına enib. Son 7 gündə isə qiymət 8,30% geriləyib.

“Ethereum”un qiyməti 0,62% azalaraq 2 051,50 dollara, BNB-nin qiyməti 0,76% geriləyərək 677,69 dollara düşüb. “Zcash”ın qiyməti isə 3,93% azalaraq 985,49 dollara enib. Bu kriptovalyutanın son bir həftədə qiymət itkisi 25,01% təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin