Bakıda sahibkar döyülüb.
Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən "Gülçülük sovxozu" ərazisindəki toyuq kəsimi sexində baş verib.
Belə ki, sexin sahibi qadın işçiyə işində yol verdiyi nöqsana görə irad bildirib. Qadın evə gələrək ərinə müdirin ona irad tutduğunu danışıb.
Bundan qəzəblənən kişi kəsim sexinə gedərək müdiri çağırıb və həyat yoldaşına nə üçün irad tutduğunu soruşub. Sex sahibi isə qadının işində nöqsana yol verdiyini bildirib.
Nəticədə tərəflər arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və qadının əri sex sahibini döyərək ona müxtəlif bədən xəsarətləri yetirib. O, yumruq zərbələri ilə sahibkarın dörd dişini də sındırıb.
Hadisə yerinə gələn polis əməkdaşları qadının ərini saxlayıblar. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Məhkəmə istintaqı zamanı sahibkara dəymiş ziyan ödənildiyindən cinayət işinə xitam verilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:37 / 12.11.2026
Bakıda işçinin əri sex müdirini döydü: Yumruqla dişlərini sındırdı
Hazırda oxunan: Bakıda işçinin əri sex müdirini döydü: Yumruqla dişlərini sındırdı
Hazırda oxunan: Bakıda işçinin əri sex müdirini döydü: Yumruqla dişlərini sındırdı
647259
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































