Şəmkirdə ağır qəza: 2 ölü, 1 yaralı var - Foto

Hazırda oxunan: Şəmkirdə ağır qəza: 2 ölü, 1 yaralı var - Foto

647255

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Qəza zamanı avtomobildə olan Qılıncbəyli kənd sakinləri — 1995-ci il təvəllüdlü Elgün Abbasov və həmyaşıdı Eşqin Abbasov vəfat ediblər.

Maşında olan daha bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Şəmkirdə ağır qəza: 2 ölü, 1 yaralı var - Foto - foto 1
Şəmkirdə ağır qəza: 2 ölü, 1 yaralı var - Foto - foto 2
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin