“Avropada bir çoxları 2030-cu ilə qədər Rusiya ilə müharibəyə hazırlaşır. Rusiya mümkün müharibəyə hazırdır, lakin belə bir qarşıdurma istəmir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya–Afrika sammitinin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı bildirib.
Putin Qərbin Rusiyaya strateji məğlubiyyət yaşatmaq məqsədinə nail olmadığını da vurğulayıb.
Rusiya ilə Avropa arasında müharibə ehtimalına toxunan Putin belə bir qarşıdurmada “qalib olmayacağını” deyib və Avropa ölkələrini bunu unutmamağa çağırıb.
O, Rusiyada Birinci və İkinci dünya müharibələrinin dərslərinin yaxşı xatırlandığını, belə hadisələrin təkrarlanmaması üçün hər şeyin edildiyini bildirib.
Bizim.Media

- A-
- A
- A+
Region
21:53 / 29.10.2026
Putin: “Rusiya Avropa ilə müharibəyə hazırdır, amma bunu istəmir”
Hazırda oxunan: Putin: “Rusiya Avropa ilə müharibəyə hazırdır, amma bunu istəmir”
Hazırda oxunan: Putin: “Rusiya Avropa ilə müharibəyə hazırdır, amma bunu istəmir”
645003
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































