Rusiya ordusu Dneprdə elektrik qatarına hücum etdi: 13 ölü, 5 yaralı var - VİDEO

Hazırda oxunan: Rusiya ordusu Dneprdə elektrik qatarına hücum etdi: 13 ölü, 5 yaralı var - VİDEO

644917

Ukraynanın Dnepr şəhərində mülki elektrik qatarına və dəmir yolu vağzalının platformasına dron hücumu nəticəsində azı 13 nəfər həlak olub, 5 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə şəhərin meri Boris Filatov və Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanje məlumat veriblər.

“Ukrzaliznıtsya”nın məlumatına görə, Rusiya reaktiv dronla dəmir yolu vağzalının platformasına zərbə endirib.

Hücum zamanı platformada Dnepr–Zaporojye marşrutu üzrə hərəkət edən 866 nömrəli qatar olub.

Bildirilib ki, təhlükənin yüksək olduğu elan edilməsinə baxmayaraq, platformada insanlar olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin