Ucarda güclü yanğın baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Qazyan kəndində, rayon sakini, 58 yaşlı Qədir Nuriyevə məxsus ümumi sahəsi, 400 kvadrat metr olan 6 otaqdan ibarət evdə qeydə alınıb.
Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar və Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı ev və əşyaları, eləcə də evə bitişik 40 kvadrat metrlik tövlə, 120 kvadrat metrlik artırma və orada olan "Mercedes" və "VAZ-21015" markalı minik avtomobilləri tamamilə yanıb.
Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

- A-
- A
- A+
Cəmiyyət
08:10 / 04.10.2023
Ucarda iki avtomobil və ev əşyaları ilə birgə yandı - FOTO/VİDEO
Hazırda oxunan: Ucarda iki avtomobil və ev əşyaları ilə birgə yandı - FOTO/VİDEO
Hazırda oxunan: Ucarda iki avtomobil və ev əşyaları ilə birgə yandı - FOTO/VİDEO
158246
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































