“Nəvələrimi biznesmenin deyil, müəllimin məktəbinə qoydum”x9d

Hazırda oxunan: “Nəvələrimi biznesmenin deyil, müəllimin məktəbinə qoydum”x9d

97787
Həmişə belə olur, yeni dərs ili başlayar-başlamaz hər kəs nədəsə Təhsil Nazirliyini günahkar çıxarmağa başlayır. Amma bu qınaqlar, mübahisə və müzakirələr çox çəkmir, cəmi beş-on gün sonra hamı sakitləşir, sanki hər şey həll olunub. Bu il belə olmadı, Təhsil Nazirliyi onu tənqid üçün necə deyərlər, “pusqu”x9dda duranların əlinə bir neçə ciddi əsaslar verdi: dərslik çatışmazlığı, yeni vəsaitlərin məktəblərə vaxtında çatdırılmaması, vulqar sözlərin dərsliklərdə yer alması, bəzi kənd məktəblərinin yeni dərs ilinə ümumiyyətlə, hazır olmaması kimi çoxlu sayda çatışmazlıqlar ortaya çıxdı. Məhz bu məsələlər 2016/2016-cı tədris ili ərərfəsində daha çox müzakirə olundu. Vulqar sözlərin dərsliklərdə yer alması isə ictimaiyyətdə elə bir narazılıq yaratdı ki, Təhsil Nazirliyi bu məsələsi ilə bağlı ayrıca bir toplantı keçirməyə məcbur oldu. Baxmayaraq ki, istər nazirlik rəsmiləri, istərsə də mübahisəyə səbəb olan dərsliklərin müəllifləri vəsaitlərdəki vulqar sözlərə haqq qazandırdı...

Azərbaycanının ən tanınmış təhsil ekspertlərindən biri, Milli Məclisin Elm və Təhsil Komitəsinin sabiq sədri, professor Şahlar Əsgərovla müsahibəni oxuculara təqdim edirik: 

-Təhsil Nazirliyinin yeni dərs ilinə hazırlıqlarını necə qiymətləndirirsiniz? 

- Normal. Amma mən nəvələrimi İDRAK liseyinə etibar etdim. Liseyi gəzdim, oranın şəraiti ilə tanış oldum, bəyəndim. Təhsil Nazirliyi tərəfindən təmayüllü məktəblər şəbəkəsinin genişləndirilməsi ürəyimcə oldu. Fikrimcə, bu qərar imkan verəcək ki, gənclər ürəyi istədiyi ixtisasda təhsil alsınlar. Gənclərin ürəyincə olan ixtisaslarda təhsil almasının hikməti böyükdür. İnsan ürəyincə olan işlə məşğul olanda əvvəla özünü xoşbəxt  hiss edər. İkincisi də öyrənməkdən yorulmaz. Gənclərin inzibatı yolla ali məktəblərə yerləşdirilməsi onların xoşbəxliyin əlindən alır və gəncləri tənbəl edir. Bu hal illərcə davam etdiyinə görə cəmiyyətin kütləşməsi təbiidir.

- Niyə nəvələrinizi Təhsil Nazirliyinin tabeliyindəki məktəblərin birinə deyil, özəl liseyə qoydunuz?

- Səbəbi çoxdur. Əvvala İDRAK liseyinin təsisçisi pedoqoji elmlər doktorudur, professordur. Bu məktəbin yaradıçısı biznesmen deyil, müəllimdir. Ona görə də nəvələrimi biznesmenin deyil, müəllimin qurduğu məktəbə qoydum. İkincisi də belə məktəblərdə öyrəncilərə qaygı çox, nəzarət isə güclüdür. “Valideyin ”“müəllim “ münasibəti şəffafdır, təmizdir.

- Orta məktəb şagirdləri üçün dərsliklərdəki  jarqon və vulqar ifadələrin yer alması bu il daha çox mübahisələrə səbəb oldu. Sizin bu məsələyə münasibətiniz necədir? 

- Əsas pedaqoji prinsiplərin biri təhsillə tərbiyənin vəhdətidir. Dərsliklərdə jarqon ifadələrin yer almasına ehtiyac yoxdur, baxmayaraq ki, həyatımızda və dilimizdə belə ifadələr var. Məktəb həyatı gündəlik həyatdan çox fərqlidir. Məsələn, gündəlik həyatda qadına təcavüz edildiyi barədə xəbərlər eşidirik, ancaq cəmiyyət buna dözür. Lakin əgər bu hadisə məktəbdə baş versə, cəmiyyət buna dözmür. Ancaq dilin tamlığı xətrinə uşaqlar bu sözləri eşitməlidirlər, öyrənməməlidirlər. Aydınlıq üçün mübahisə doğuran mətnlərin birinə diqqət yetirək:
Otağa gur və zəhmli bir səs yayıldı:
-İtil burdan, küçük!
Şamxal atasının qolunu tutub dartdı:
-Burax deyirəm sənə!
-Kəs səsini, qancığın balası!
-Ağzını təmiz saxla, dədə!
-Kəs deyirəm, qancıqdan süd əmən!
-Südümü söymə!
-Ə, qoduq, mənim üstümə şeşələnirsən!?
Dərslikdəki bu parça pedaqoji nümunə kimi zərərlidir, ancaq bədii nümunə kimi etiraz doğurmaz. Bu mətn ona görə etiraza səbəb olur ki, söhbət normal ata ilə oğul, el ağsaqqalı ilə oğul arasında münasibətdən gedir. Cəmiyyət belə ata-oğul münasibətini, belə ağsaqqalın davranışını arzu etmir. Cəmiyyət istəmir ki, uşaq ataya yol göstərsin. Bu, “Şərq müdrikliyinə”x9d ziddir. Güman edirəm ki, mübahisəyə yol açan bu səbəblərdi. Yaddan çıxarmayaq ki, məktəbdə hər nümunə öyrənmək niyyəti ilə tədris edilir. Belə nümunələrin məktəbdə öyrədilməsinə ehtiyac yoxdur. Çünki tərbiyə sisteminin əsas vəzifəsi süzcək olub, belə ifadələri məktəbə buraxmamaqdır.  Belə və ya bundan daha pis söhbətləri, vulqar ifadələri məktəbə buraxmaq tərbiyə sistemini pozmaq deməkdir. Əgər bu söhbət cəmiyyətin alt təbəqəsində bir narkoman və ya əyyaş ata ilə oğul arasında gedərdisə, bu, etiraz doğurmazdı və  tərbiyə sisteminə dəyərli bir töhfə olardı.  Belə söhbətləri elmi seminarlarda, müdafiələrdə açıq müzakirə etmək olar, ancaq məktəblərdə belə ifadələrin, söyüşlərin verilməsi təqdimatdan asılıdır. 

- Təxminən 10 ilə yaxındır orta məktəb dərslikləri dövlət vəsaitləri hesabına çap olunur. Amma hər il dərsliklər dəyişir və bu il çap olunan dərsliklər əvvəlki illərdə çap olunan dərsliklərə uyğun gəlmir. Dəsrlik siyasətində nəyi və necə dəyişmək lazımdır ki, stabillik təmin olunsun? 

- Haqlısınız, on ildən çoxdur ki, dərsliklər dövlət hesabına çap olunur və pulsuz paylanır. Dərslik siyasəti dövlətin təhsil siyasətinin əsas hissəsidir. Dərslik siyasəti uğurludursa demək, təhsil siyasəti uğurludur. “Nəyi dəyişmək lazımdır ki, dərslik siyasəti uğurlu olsun?”x9d sualına gəlincə, mənim düşüncəmə görə, bu siyasətin əsas fəlsəfəsi bundan ibarətdir ki, anadangəlmə xüsusiyyətindən (acgöz və ya toxgöz) asılı olmayaraq, uşasqlar birinci sinfə gedib sonra orta məktəbi qurtaranda şəxsi yox, ictimai mənafenin daşıyıcısına çevrilsin. Yəni dövlətini, vətənini, millətini sevən olsun. Yırtıcı yox, yaradıcı olsun. İstehlakçı yox, istehsalçı olsun. Bunun uçun dərslik yazan müəlliflər o kəslər olmalıdır ki, onun yazdığı dərsliyin qabağına bu baxımdan heç kəs dərslik çıxarda bilməsin. Əgər dərsliklər tez -tez dəyişirsə, güman etmək olar ki, müəllif sıradan adamdır. Dərsliyi ancaq ölkənin birinci və ya ikinci, üçüncü mütəxəssisi yazmalıdır. Belələri olmayanda - xüsusilə təbiət elmləri sahəsində - tərcümədən istifadə edilməlidir. Milli riyaziyyat, fizika olmadığı kimi, milli müəllif də olmaya bilər. 

- Bəzi dərsliklər tədris proqramları ilə uyğun gəlmir. Məsələn, məktəblərə 2015-ci ildə çap olunan dərsliklər paylanır, müəllim isə dərsləri 2012-ci ilin tədris proqramı əsasında keçir. Halbuki 2012-ci ilin tədris proqramındakı mövzuların əksəriyyəti 2015-ci ildə dərc olunmuş dərslikdə yoxdur. Belə olan halda müəllim tədris prosesi zamanı daha çox nəyə əsaslanmalıdır: tədris proqramına, yoxsa dərsliyə? 

- Belə başa düşürəm ki, dərslik problemində hüquqi boşluq var. Dərsliklərin çapına Təhsil Naziri müdaxilə edə bilmir. Proqramlar isə bu günü düşünərək, gələcəyə baxaraq tərtib edilməlidir. Əgər dərslik Təhsil Nazirliyinin təsdiq etdiyi tədris proqramına uyğun gəlmirsə, onda müəllim mövzuların tədrisi zamanı üstünlüyü proqrama verməlidir. Çünki proqram Təhsil Nazirliyinin, yəni bu sahəyə cavabdeh dövlət qurumunun, milli mənafenin iradəsini əks etdirir. Dərsliklər isə daha çox şəxsi mənafeni, yəni müəllifin və nəşriyyatın iradəsini əks etdirir.  

-Bu il ali məktəblərə qəbul zamanı rus və Azərbaycan bölməsi abituriyentlərinə münasibətdə fərqli standartların tətbiq olunması da xeyli narazılıq doğurdu. Eyni universitetlərə və eyni ixtisaslara Azərbaycan bölməsinin abituriyentləri 440 balla, rus bölməsinin abituriyentləri 200 balla qəbul olunub. Sizcə, bu cür ayrı-seçkiləyə səbəb nədir və buna münasibətiniz necədir?

- Bu, təhsil sistemində harmoniyanın, nizamın pozulmasını göstərir. Bu pis planlaşmadan və idarəçilikdən xəbər verir. Demək, rus sektorunda vakant yerlər çox, azərbaycan sektorunda isə az nəzərdə tutulub. Bu səbəbdən də  planı doldurmaq uçun “plankanı”x9d  rus bölməsində aşağı salırlar, azərbaycan bölməsində isə yuxarı qaldırırlar. Mən illərlə dediyim bir fikri təkrarlıyıram: ali məktəblərə qəbul zamanı plan söhbəti aradan qalxmalıdır. Nə qədər çox gənc universitetlərdə təhsil alarsa, millət üçün bir o qədər baş ucalığıdır. Sovet şablonlarından əl çəkmək lazımdır. Ölkəmizdə də gənclərin ali təhsillə əhatə əmsalı inkişaf etmiş ölkələrdə olduğu kimi 80 faizdən yuxarı olmalıdır. Qəbul imtahanları qeydiyyatla əvəz olunmalıdır. Ali məktəblər giriş qapısını gen, çıxış qapısını dar açmalıdır.

- TQDK-nın Təhsil Nazirliyinə birləşdirilməsi məsələsi son günlər yenidən gündəmə gətirilib. Sizcə, TQDK Təhsil Nazirliyinə birləşdirilməlidirmi və buna zərurət varmı?

- Ümumiyyətlə, ali məktəblərə tələbə qəbulunda bir məntiqsizlik hökm sürür. Gənclər orta məktəbi qurtaranda buraxılış imtahanı verir. İki aydan sonra, bir də TQDK-da ali məktəblərə qəbul imtahanı verir. Bu, məntiqdə sığmayan bir işdir. Bu iki imtahanı birləşdiririb bir Vahid Milli Test (bu anlayış “Təhsil haqqında”x9d qanununun 2003-2004 cü il variantlarında var idi) aparmaq lazımdır. Amma biz 10 il vaxt itirdik, bir 10 il də itirə bilərik. Halbuki biz də əvvəl-xır inkişaf etmiş ölkələrin praktikasını qəbul edəcəyik. Fəaliyyət niyyətin ruhudur. Niyyət qüsurludur ki, biz bu iki imtahanı birləşdirə bilmirik.
Qayıdaq sualın birbaşa cavabına: son 10 ildə Təhsil Nazirliyi parçalanaraq mürəkkəb sistem halına gətrilib. Bağçalar bir quruma tabedir, şagird biliyinin qiymətləndirilməsini başqa qurum aparır, təhsil rəhbərlərinin təyinatı Təhsil Nazirliyindən az asılıdır və sair. Beləliklə, təhsil sistemi sadə sistemdən, çox təəssüf ki, mürəkkəb sistem halına gətrilib. İstənilən mürəkkəb sistemi idarə etmək çox çətindir, çünki sistemin hər tərkib hissələrinin öz maraqları var. Bu maraqlar işi normal qurmağa imkan vermir. Hesab edirəm ki, təhsil sistemi normal hala qaytarılmalıdır.  Belə olan halda təhsil sistemi daha təkmil qaydada qurular və problemlərin həlli sadələşər.  On illərlə fəaliyyət göstərən TQDK isə ya dövlət komitəsinə çevrilməlidir, ya da Təhsil Nazirliyinə birləşməlidir. Üstəlik bu komissiya və ya komitə üçüncü subyektə çevrilməməlidir. Bu dövlət qurumu gəncləri universitetlərə yerləşdirməməlidir, sadəcə abituriyentlərin biliyini ölçməli və ona sertifikat verməlidir. Abituriyentlərin ali məktəblərə zorən yerləşdirilməsi gənclərin xoşbəxliyini əlindən alır. Gənclər xoşlamadığı ixtisaları öyrənmirlər, vaxtlarını biliyə çevirmirlər, sinifdə mürgülüyürlər. Nəticədə passiv kütləyə yetişir. İnzibatı yerləşdirmə bir tərəfdən xoşbəxtliyi əldən alır, digər tərəfdən gəncləri tənbəlləşdirir.  Deməli, TQDK-nin Təhsil Nazirliyinə verilməsi daha düzgün həll olardı.

- Bəlkə TQDK-nın Təhsil Nazirliyinə birləşdirilməsi deyil, Təhsil Nazirliyinin özünün fəaliyyətinin gücləndirilməsinə, təhsilin təşkilinə və idarə edilməsinə nəzarət funksiyasının artırılması üzərində düşünmək daha effektiv olardı. Gənclərin vaxtlarını biliyə çevirə bilməsi, onların sinifdə mürgüləməməsi üçün uyğun şəraitin yaradılması TQDK-nın funksiyasına daxil deyil, axı. Belə olan halda TQDK-nın Təhsil Nazirliyinə birləşdirilməsi ilə nəyinsə dəyişəcəyinə ümid etmək olarmı?

- Təhsil çox geniş və əhatəli, özülüyündə böyük bir sistemdir. Onu dağıtmaq da çətindir, düzəltmək də. İnanıram ki, qüsurlar düzələcəkdir. Amma buna zaman lazımdır.  Qaldı ki, bu işdə TQDK-nın roluna, bu qurum birbaşa yox, dolayısı ilə günahkardır.  Gəncləri ali məktəblərə nə Təhsil Nazirliyi, nə valideyinlər, nə də universitetlər yerləşdirirlər. Bu işi TQDK görür. Gənc ürəyi istəməyən ixtisasa  düşəndə vaxtı hədər gedir, oxumur, sinifdə mürgüləyir, çünki ürək işə qoşulmur.  Nəticədə mütəxəsisə çevrilə bilmir, sonda boz kütlənin sayı artır.(koordinat.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin