Primoryedə akula "təhlükəsi": Qubernator turistləri sakitləşdirdi - VİDEO

Hazırda oxunan: Primoryedə akula "təhlükəsi": Qubernator turistləri sakitləşdirdi - VİDEO

622040

Yay mövsümünün başlanması ilə Rusiyanın Primorsk diyarı (Primorye) sahillərində akulaların görünməsi barədə xəbərlər yerli sakinlər və turistlər arasında narahatlığa səbəb olub. Lakin regional hakimiyyət bu iddiaların qorxulu olmadığını bəyan edib.

Bizim.Media xəbər verir ki, Primorsk diyarının qubernatoru Oleq Kojemyako regionun biomüxtəlifliyi və dəniz heyvanları barədə danışarkən turistlərin təhlükəsizlik baxımından narahatlığına əsas olmadığını bildirib:
 

"Bizim sularda həmişə seld akulaları (sərin su akulaları) olub və şükürlər olsun ki, indiyə qədər onlar heç kimə hücum etməyiblər, heç kimi dişləməyiblər. Bu növ akulalar Kamçatka və Saxalin sahillərində də var. İndi bəziləri mako akulalarının gəldiyini deyirlər, amma bu, sadəcə həvəskar balıqçıların söz-söhbəti səviyyəsində olan bir iddiadır".


Qubernator regional suların dəniz daxili ekosisteminin normal olduğunu vurğulayıb. Eyni zamanda, "Primorye bu yay böyük turist axınını qəbul etməyə hazırdırmı?" sualına Oleq Kojemyako pioner şüarı ilə qısa və qəti cavab verib: "Həmişə hazır!"


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin