Gündə 40 siqaret, tünd çay və mürəbbəli tost: 100 yaşlı britaniyalının uzunömürlülük "sirri"

Hazırda oxunan: Gündə 40 siqaret, tünd çay və mürəbbəli tost: 100 yaşlı britaniyalının uzunömürlülük "sirri"

622013

Böyük Britaniyada sağlam həyat tərzi (SHT) qaydalarını tamamilə alt-üst edən maraqlı hadisə qeydə alınıb. Beyzinqstok (Basingstoke) şəhərində yaşayan və bu il düz 100 illik yubileyini qeyd edən Marqaret Hem adlı qadının həyat tərzi hamını heyrətə gətirib.

Bizim.Media xəbər verir ki, nəvəsinin mətbuata verdiyi açıqlamaya görə, əsrlik yubileyini qeyd edən nənəsinin ömrü elmi cəhətdən zərərli sayılan üç əsas vərdiş üzərində qurulub.

Məlumata görə, 1926-cı təvəllüdlü Marqaret İkinci Dünya müharibəsini yaşayıb, 18 yaşında Hərbi Hava Qüvvələrinin qadın köməkçi korpusunda xidmət edib, daha sonra isə Londona köçərək həyat yoldaşı ilə tanış olub.

Gündə iki qutu siqaret və yağlı pəhriz
 

Ailəsinin bildirdiyinə görə, Marqaret ömrü boyu gündə hardasa 40 ədəd (iki qutu) siqaret çəkir. O, hər gün yağlı südlə çalınmış tünd çay içir və səhərlərini kərə yağı ilə portağal mürəbbəsinin (marmelad) bol çəkildiyi tostlarla açır.


Bu cür ağır pəhriz və tütün asılılığına baxmayaraq, 100 yaşlı qadın hələ də tamamilə müstəqil yaşayır və təkbaşına hərəkət edir.

O, yalnız gəzinti üçün əsadan istifadə edir. Doğmaları zarafatla qeyd edirlər ki, Marqaret ehtiyac yaranarsa, o əsanı təkcə yerimək üçün deyil, özünü müdafiə etmək üçün də hər kəsin başına endirə bilər.

Bir sözlə, tibbin və sağlam həyat tərzi tərəfdarlarının bütün çağırışları güclü genetika qarşısında növbəti dəfə məğlub olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin