Nyu-York meri: "Mən İsraili bir dövlət kimi dəstəkləyirəm" - VİDEO

Hazırda oxunan: Nyu-York meri: "Mən İsraili bir dövlət kimi dəstəkləyirəm" - VİDEO

622065

Nyu-York şəhərinin meri Zohran Mamdani İsrail dövlətinə münasibəti və dini bərabərlik prinsipləri barədə diqqətçəkən bəyanat səsləndirib.

Bizim.Media xəbər verir ki, şəhər rəhbəri vətəndaşların dini mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlara sahib olmasının vacibliyini vurğulayıb:
 

"Mən dəfələrlə demişəm ki, İsrail Dövlətini bütün vətəndaşları üçün bərabər hüquqlu bir dövlət kimi dəstəkləyirəm. İstər İsrail, istər Səudiyyə Ərəbistanı, istərsə də hər hansı digər ölkə olsun – bir dinə digərindən üstün imtiyazlar verən heç bir dövlətə dəstəyimi ifadə edə bilmərəm. Bu, mahiyyət etibarilə hamımızın, inancımızdan asılı olmayaraq, bərabər sayılmalı olduğumuza dair fundamental inama söykənir".


Mer qeyd edib ki, müasir dövlətçilik prinsipləri hər bir vətəndaşın bərabərliyini və dini azadlıqlarını tam təmin etməlidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin