Yeni Kaledoniyada iğtişaşlardan sonra əyalət orqanlarına ilk seçkilər keçirilir

Hazırda oxunan: Yeni Kaledoniyada iğtişaşlardan sonra əyalət orqanlarına ilk seçkilər keçirilir

621971

Sakit okeanda yerləşən, Fransanın xüsusi inzibati-ərazi qurumu olan Yeni Kaledoniyada əyalət hakimiyyət orqanlarına seçkilərdə səsvermə başlayıb. Bu seçkilər yerli xalq olan kanaklardan ibarət müstəqillik tərəfdarları ilə fransayönümlü loyalistlər arasında baş verən kütləvi iğtişaşlar səbəbindən 2024-cü ildən təxirə salınmışdı.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyinə istinadən beynəlxalq media resursları yayıb.

Səsvermə günü təhlükəsizliyin maksimum səviyyədə təmin edilməsi və mümkün insidentlərin qarşısının alınması məqsədilə seçki məntəqələrinə 2500-ə yaxın polis əməkdaşı cəlb olunub.

Fransa ilə danışıqlar öncəsi mühüm mərhələ
 

Bu seçkilərin nəticələri Yeni Kaledoniyanın gələcək statusu ilə bağlı Fransa hökuməti ilə aparılacaq növbəti danışıqlar öncəsi mühüm bir mərhələ və siyasi güclərin nisbətini müəyyən edən göstərici kimi qiymətləndirilir.


Qeyd edək ki, əhalisinin əksəriyyətini melaneziya mənşəli kanak xalqı təşkil edən bu dənizaşırı ərazidə indiyədək müstəqilliklə bağlı üç referendum keçirilib. Sonuncusu 2021-ci ildə təşkil olunan həmin referendumlarda seçicilərin əksəriyyəti Yeni Kaledoniyanın Fransa tərkibində qalmasının lehinə səs verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin