Türkiyə Venesuelaya xilasedici qrup göndərdi

Hazırda oxunan: Türkiyə Venesuelaya xilasedici qrup göndərdi

621937

Türkiyənin güclü zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Venesuelaya göndərdiyi humanitar yardım və xilasetmə qrupu paytaxt Karakasa çatıb.

Bizim.Media bu barədə "Anadolu" Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, 45 nəfər xilasedici, dörd axtarış-xilasetmə iti və iki nəqliyyat vasitəsi ilə yanaşı, 20 hərbçi də qrupda yer alıb.

Daha əvvəl, ABŞ, Meksika və Almaniya kimi ölkələr də Venesuelaya humanitar yardım göndərib.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki yeraltı təkanın qeydə alındığını bildirib. Ölkə rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib. Əsas təkanların ardınca 214 afterşok qeydə alınıb. Son məlumatlara görə, Venesuelada təbii fəlakət nəticəsində 1,4 mindən çox insan həlak olub, daha 3,2 mindən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin