ABŞ qlobal futbol və hərbi tarixdə bir ilkə imza atdı: Eyni gündə həm oyun, həm bombardman - FOTO

Hazırda oxunan: ABŞ qlobal futbol və hərbi tarixdə bir ilkə imza atdı: Eyni gündə həm oyun, həm bombardman - FOTO

621967

Dünya hərbi-siyasi və idman tarixində eyni vaxtda analoqu olmayan qeyri-adi hadisə qeydə alınıb. ABŞ qlobal miqyasda həm dünya çempionatına ev sahibliyi edən, həm də eyni gündə ərazisində matça çıxan komandanın ölkəsini (İran nəzərdə tutulur - red.) bombalayan ilk dövlət olub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı nüfuzlu beynəlxalq hərbi-siyasi monitorinq platforması olan "Global UPDATES" yayıb.

Rəsmi Vaşinqton FIFA Dünya Çempionatında iştirak edən milli yığmanı öz ərazisində qəbul etdiyi və həmin komandanın yaşıl meydana çıxdığı gün, paralel olaraq həmin ölkəyə qarşı irimiqyaslı hava zərbələri endirib.
 

Beynəlxalq analitiklər bu hadisəni idmanın unikal sülh missiyası ilə qlobal geosiyasi reallıqların və hərbi toqquşmaların kəskin şəkildə toqquşduğu ən təzadlı tarixi an kimi qiymətləndirirlər.


Bununla da ABŞ eyni sutka ərzində həm beynəlxalq idman bayramına ev sahibliyi edən, həm də rəqib dövlətin hərbi obyektlərini hədəf alan ilk ölkə olaraq dünya tarixinə düşüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin