Medvedev: "Rusiya ilə əlaqələrin qırılması Ermənistan vətəndaşları üçün ağır nəticələr doğuracaq"

Hazırda oxunan: Medvedev: "Rusiya ilə əlaqələrin qırılması Ermənistan vətəndaşları üçün ağır nəticələr doğuracaq"

621989

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və "Yedinaya Rossiya" partiyasının sədri Dmitri Medvedev rəsmi İrəvanın xarici siyasət kursunu kəskin tənqid edərək, Ermənistanın Moskva ilə çoxşaxəli əlaqələri kəsməsinin sadə vətəndaşlar üçün fəlakətli ssenarilərlə nəticələnəcəyi barədə ciddi xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, partiyanın mətbuat xidmətinin yaydığı bəyanatda D.Medvedev Qərbin regiondakı geosiyasi maraqlarından və Ermənistan rəhbərliyinin daxili siyasətindən bəhs edib.

Medvedevin sözlərinə görə, kollektiv Qərb, xüsusilə Avropa İttifaqı Ermənistana yalnız Rusiya ilə mübarizədə bir alət kimi baxır:

"Qərb Ermənistana sadəcə anti-Rusiya mübarizəsinin aləti kimi yanaşır və Moskva ilə İrəvan arasında sağlam münasibətlərin tərəfdarı olan bütün siyasi qüvvələrin meydandan təmizlənməsində maraqlıdır. Onilliklər ərzində formalaşmış sıx əlaqələrin qırılmasından sıravi vətəndaşların çəkəcəyi qaçılmaz və ağır nəticələr isə Aİ ölkələrini qətiyyən maraqlandırmır".
 

Rusiya rəsmisi Ermənistanın mövcud hakimiyyət komandasını ölkənin gələcəyini şəxsi ambisiyalara qurban verməkdə ittiham edib. O vurğulayıb ki, hazırkı idarəetmənin siyasi rəqiblərlə mübarizə üsulları və onların biznes aktivlərinin əlindən alınması prosesi hüquqi özbaşınalıq həddinə çatıb:


"Təəssüf ki, indiki hakimiyyətin siyasi ambisiyaları rəhbərlik etdikləri ölkənin milli maraqlarından üstün oldu. Siyasi müxalifətlə hüquqi özbaşınalıq çərçivəsində aparılan və onların biznes aktivlərinin mənimsənilməsi ilə müşayiət olunan repressiyalar çoxdan bu hakimiyyət komandasının “vizit vərəqi”nə çevrilib".

Siyasi ekspertlər Medvedevin bu bəyanatını son dövrlər İrəvanın KTMT və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsindəki fəaliyyətini dondurması və Qərb missiyaları ilə hərbi-siyasi yaxınlaşmasına qarşı Kremlin ən sərt diplomatik reaksiyalarından biri kimi qiymətləndirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin