Ukrayna Prezidenti Volodimir Zelenski müxtəlif dövrlərdə ölkənin müstəqilliyi və azadlığı uğrunda mübarizə aparmış tarixi şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək məqsədilə mühüm qanunvericilik təşəbbüsü ilə çıxış edib.
Bizim.Media xəbər verir ki, dövlət başçısı paytaxt Kiyevdə Ukrayna Milli Panteonunun yaradılmasını nəzərdə tutan qanun layihəsini Ali Radaya təqdim edib.
Zelenskinin sözlərinə görə, bu panteon fərqli epoxalarda Ukrayna uğrunda döyüşən, canını fəda edən və xalqı ruhlandıran qəhrəmanların xatirə məkanı olacaq:
"Həmin şəxsiyyətlərin adları Ukrayna tarixinə layiqincə və böyük ehtiramla həkk olunmalıdır".
Ali Radanın sədri Ruslan Stefançuk da öz növbəsində sənədin əhəmiyyətini vurğulayıb. Spiker qeyd edib ki, sözügedən qanun layihəsi Ukraynanın çoxəsrlik dövlətçilik və milli quruculuq ənənələrinə əsaslanır.
Bizim.Media

































































































