Ağdərə rayonunun Vəngli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın əldə etdiyi ilkin məlumata görə, "Mercedes" markalı mikroavtobusun "Niva" markalı minik avtomobili ilə toqquşması nəticəsində çoxsaylı şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları vasitəsilə xəstəxanalara çatdırılır.
Qəzanın başvermə səbəbi və xəsarət alanların dəqiq sayı araşdırılır.
Bizim.Media, Qarabağ bürosu

































































































