Şamaxıda torpaq sürüşməsi yolları yararsız hala saldı - VİDEO

Hazırda oxunan: Şamaxıda torpaq sürüşməsi yolları yararsız hala saldı - VİDEO

621950

Şamaxıda son günlər müşahidə olunan intensiv yağışlar və sel suları Qonaqkənd avtomobil yolunda ciddi fəsadlara yol açıb. Yolun iki müxtəlif nöqtəsində torpaq sürüşməsi aktivləşib, nəticədə asfalt örtüyü tamamilə dağılıb.

Sürüşmə nəticəsində yolun bir hissəsi uçaraq yararsız hala düşüb. İndi sürücülər hərəkət üçün alternativ və təhlükəli yollardan istifadə etməyə məcbur qalıblar. Kənd sakinləri və sürücülər vəziyyətin günbəgün daha da pisləşdiyini bildirirlər.

Bizim.Media xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bəhs olunur.
 

"Qazancımızı ailəmizə xərcləyək, ya maşının ehtiyat hissələrinə verək - bilmirik. Yolların bərbad vəziyyəti səbəbindən həm vaxt itiririk, həm də maddi ziyanla üzləşirik. Xəstələrimizi vaxtında xəstəxanaya çatdırmaq belə çətinləşib", - deyə yerli sakinlər şikayətləniblər.


Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 19 nömrəli Yol İstismar İdarəsindən bildirilib ki, əraziyə mütəxəssislər tərəfindən baxış keçirilib və qüsur aktı tərtib edilib.

Hazırda yolun tam bərpası üçün vəsaitin ayrılması gözlənilir.

Bununla belə, Agentlik əməkdaşları ərazini nəzarətdə saxlayır, təmir-bərpa işləri mütəmadi olaraq aparılır. Qurumdan yolun hazırda istifadəyə yararlı vəziyyətdə olduğu da vurğulanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin