Rusiyada sığınlar şəhərlərə axışır - VİDEO

Hazırda oxunan: Rusiyada sığınlar şəhərlərə axışır - VİDEO

622036

Rusiyada ağcaqanad və hünülərin (gözgörünməz milçəklər) anomal dərəcədə çoxalması vəhşi təbiətdə maraqlı və eyni zamanda təhlükəli vəziyyət yaradıb. "SHOT" teleqram kanalının yaydığı məlumata görə, ölkədə sığınların (böyük meşə maralı) populyasiyası kəskin artıb və gənc fərdlər həşəratların dişləmələrindən xilas olmaq üçün kütləvi şəkildə yaşayış məntəqələrinə üz tuturlar.

Bizim.Media xəbər verir ki, "Losinıy Ostrov" (Sığın adası) milli parkının elmi mərkəzinin rəhbəri Karina Fomenkonun sözlərinə görə, gənc sığınları şəhər mühitində ən çox cəlb edən amillərdən biri meyvə ağaclarının bolluğudur. Onlar yalnız şəhərlərdə tapılan bu növ qidalarla qidalanmağa çalışırlar.
 

Həşəratların hücumu sığınların hərəkət trayektoriyasını da dəyişib. Heyvanlar qəsdən magistral və işlək avtomobil yollarına çıxırlar. Çünki hərəkət edən maşınların yaratdığı güclü külək axını onları ağcaqanad və hünülərdən qoruyur.


Eyni zamanda heyvanlar həşəratlardan can qurtarmaq üçün şəhər göllərində və su hövzələrində çimirlər. Oxşar hadisə Moskva ətrafındakı Ramenskoye şəhərində qeydə alınıb.

Son həftələrdə Rusiyanın müxtəlif regionlarında sığınların şəhər mərkəzlərinə daxil olması ilə bağlı çoxsaylı faktlar qeydə alınıb:

Sankt-Peterburq: İyunun ortalarında şəhərin müxtəlif rayonlarında üç sığın aşkarlanıb. Yerli mütəxəssislər onları tutaraq yenidən meşəyə qaytarıblar.

Tatarıstan: Naberejnıye Çelnı şəhərində küçədə qaçan sığına yaxınlaşmaq istəyən yerli sakin heyvanı hürküdüb.

Moskva vilayəti: Bronnitsı şəhərində sürücü qəfildən yola çıxan sığını vurmaqdan son anda yayınıb.

Obninsk: Bu həftə çoxmərtəbəli binanın həyətinə daxil olan gənc sığın döngəni düzgün hesablaya bilməyərək gül kolluğunun üzərinə yıxılıb.

Mütəxəssislər sürücüləri və şəhər sakinlərini vəhşi heyvanlarla qarşılaşarkən maksimum diqqətli olmağa çağırır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin