ABŞ siyasi sığınacaq qəbulunu faktiki olaraq dayandırır

Hazırda oxunan: ABŞ siyasi sığınacaq qəbulunu faktiki olaraq dayandırır

622027

ABŞ rəsmi olaraq ölkə hüdudlarından kənarda olan xarici vətəndaşlardan siyasi sığınacaq üçün müraciətlərin qəbulunu dayandırmaq qərarına gəlib.

Bizim.Media xəbər verir ki, bu addım ABŞ Ali Məhkəməsinin sığınacaq qaydalarını sərtləşdirən qərarından sonra atılıb.
 

ABŞ hakimiyyəti artıq Meksika ilə sərhəddəki keçid məntəqələrinə çatan, lakin hələ ABŞ sərhədini rəsmi olaraq keçməyən əcnəbilərin sığınacaq vəsatətlərinə baxmaq öhdəliyini daşımır.


Ağ Ev rəhbərinin müavini Millerin açıqlamasına görə, sığınacaq istəyən şəxslərin müraciətləri rədd ediləcək və onlar digər ölkələrə yönləndiriləcəklər.

Miller vurğulayıb ki, ABŞ-ın qapıları bu kateqoriyadan olan müraciətçilər üçün "tamamilə bağlıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin