Amerika Birləşmiş Ştatlarının təyyarələri atəşkəs sazişini pozduqlarına görə İranın raket və pilotsuz təyyarə saxlama, eləcə də sahil radar yerlərinə yenidən zərbələr endirdi.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.
“Ola bilər ki, onlar heç vaxt dərs çıxarmayacaqlar. Artıq təmkinli ola bilməyəcəyimiz və çox uğurla başladığımız işi hərbi yolla tamamlamağa məcbur olacağımız bir an gələ bilər. Əgər bu baş verərsə, İran İslam Respublikası artıq mövcud olmayacaq”,- deyə Tramp bildirib.
Bizim.Media




































































































