"Climate Analytics" təşkilatının alimləri tərəfindən aparılan yeni araşdırma göstərir ki, qlobal iqlim dəyişikliyi fonunda yaranan anomal istilər və quraqlıq insan bədəninə mənfi təsir etməklə yanaşı, birbaşa ailə büdcələrinə də ciddi zərbə vurur.
Bizim.Media xəbər verir ki, tədqiqatçıların hesablamalarına görə, güclü istilər Avropada ev təsərrüfatlarının gəlirlərini orta hesabla 0,7%, quraqlıq isə 1,8% azaldır. Bu iki təbii amilin eyni vaxtda baş verməsi (kombinasiyası) isə gəlirlərin təxminən 3%-ə qədər düşməsinə səbəb olur.
Səbəblər nələrdir?
Alimlər iqtisadi geriləmənin səbəblərini sadə faktorlarla izah edirlər:
Məhsuldarlığın aşağı düşməsi: İsti hava şəraitində insanların diqqəti yayınır, konsentrasiya səviyyəsi aşağı düşür, onlar daha tez yorulurlar.
Sağlamlıq problemləri: İstilər fonunda kəskinləşən xəstəliklər iş fəaliyyətinə mane olur və əmək məhsuldarlığını azaldır.
Sahələrin iflic olması: İqlim kəskinliyi kənd təsərrüfatında məhsuldarlığı vurur, nəqliyyat infrastrukturunda və energetika sistemində (məsələn, soyutma sistemlərinin aşırı yüklənməsi) ciddi problemlər yaradır.
Ən çox kasıb təbəqə əziyyət çəkir
Araşdırma nəticəsində o da məlum olub ki, bu maliyyə itkiləri bərabər paylanmır və ən ağır zərbə əhalinin aztəminatlı, yoxsul təbəqəsinə dəyir. Maddi imkanları məhdud olan ailələrin gəlirlərindəki azalma, digər cəmiyyət üzvləri ilə müqayisədə təxminən iki dəfə daha kəskin və dağıdıcı xarakter daşıyır.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
16:33 / 28.06.2026
Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır - ARAŞDIRMA
Hazırda oxunan: Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır - ARAŞDIRMA
Hazırda oxunan: Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır - ARAŞDIRMA
622017
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































