Rusiya Prezidenti Vladimir Putin ölkəsinin gələcəyi və qlobal geosiyasi mövqeyi barədə növbəti kəskin bəyanatla çıxış edib.
Bizim.Media xəbər verir ki, Rusiya lideri ölkəsinin suverenliyinin onun varlığı üçün əsas şərt olduğunu vurğulayıb.
Putinin sözlərinə görə, Rusiya xarici təsirlərdən uzaq, tamamilə müstəqil bir güc mərkəzi kimi mövcud olmaq məcburiyyətindədir:
"Rusiya yalnız güclü və müstəqil bir dövlət ola bilər. Əks halda, ümumiyyətlə heç bir Rusiya olmayacaq".
Müharibə fonunda və Qərbin tətbiq etdiyi ağır sanksiyalar şəraitində səsləndirilən bu bəyanat, rəsmi Kremlin daxili auditoriyaya yönəlmiş "vahid güc və varlıq mübarizəsi" ritorikasının növbəti təzahürü kimi qiymətləndirilir. Bir çox analitiklər isə bu cür bəyanatların arxasında ölkənin qarşılaşdığı real geosiyasi və iqtisadi risklərin etirafının dayandığını qeyd edirlər.
Bizim.Media

- A-
- A
- A+
Region
18:50 / 28.06.2026
Putin: "Rusiya ya güclü, müstəqil dövlət olmalı, ya da olmamalıdır" - VİDEO
Hazırda oxunan: Putin: "Rusiya ya güclü, müstəqil dövlət olmalı, ya da olmamalıdır" - VİDEO
Hazırda oxunan: Putin: "Rusiya ya güclü, müstəqil dövlət olmalı, ya da olmamalıdır" - VİDEO
622034
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































