Bəhreyn ABŞ-İran razılaşmasındakı roluna görə Pakistana təşəkkür etdi

Hazırda oxunan: Bəhreyn ABŞ-İran razılaşmasındakı roluna görə Pakistana təşəkkür etdi

621974

Bəhreyn Krallığı ABŞ və İran arasında hərbi gərginliyin dayandırılmasını və atəşkəsi nəzərdə tutan strateji sənədin imzalanmasında göstərdiyi vasitəçilik səylərinə görə Pakistana rəsmi şəkildə minnətdarlıq edib.

Bizim.Media xəbər verir ki, Pakistanın Xarici İşlər naziri İshak Dar ilə bəhreynli həmkarı Əbdüllatif bin Rəşid əl-Zayani arasında telefon danışığı baş tutub.

Görüş zamanı tərəflər ABŞ və İran arasında İslamabad Anlaşma Memorandumunun imzalanmasından sonra regionda yaranmış son vəziyyəti və təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bəhreyn XİN rəhbəri sənədin imzalanması münasibətilə Pakistan tərəfini təbrik edib, rəsmi İslamabadın iki ölkə arasında kompromisin əldə olunmasındakı konstruktiv vasitəçilik rolunu yüksək qiymətləndirib.

O, bu tarixi razılaşmanın Yaxın Şərqdə uzunmüddətli sülh və sabitliyin bərqərar olmasına mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
 

Əl-Zayani həmçinin yaxın vaxtlarda Pakistana rəsmi səfər etməyi planlaşdırdığını diqqətə çatdırıb. O qeyd edib ki, səfərin əsas məqsədi atəşkəsin əldə olunmasında nümayiş etdirdiyi qətiyyətli və uğurlu səylərə görə Pakistan rəhbərliyinə şəxsən təşəkkür etməkdir.


Xatırladaq ki, iyunun 17-də ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian hərbi əməliyyatların tamamilə dayandırılmasını və Hörmüz boğazında kommersiya gəmilərinin hərəkətinin bərpasını nəzərdə tutan müvəqqəti atəşkəs memorandumunu imzalayıblar. Pakistan bu danışıqlarda rəsmi şahid və əsas vasitəçi tərəf kimi çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin